"Baku Bus" avtobuslarının sürücüləri sərnişinlərə kobud davranışı ilə "fərqlənirlər". Belə ki, ya sərnişinin üstünə qışqırırlar, ya da dayanacaqda saxlamayıb insanları işə gecikdirirlər və s. Az qala bu hal hər gün yaşanır. Lakin buna qarşı nə Bakı Nəqliyyat Agentliyində, nə də "Baku Bus"MMC-də araşdırma aparılmır.
Faktmedia.az-a sərnişinlərdən biri şikayət göndərib. Şikayətdə bildirilir:
"Baku Bus"a məxsus avtobuslar bütün hallarda gecikir. Məsələn, 6, 13 nömrəli avtobuslar 30-40 dəqiqədən bir gəlir. Yaxın günlərdə 13 nömrəli avtobusu gözləyirdim. Gəlib dayanacaqdan keçdi və saxlamadı. Nəhayət ona çatıb sürücüyə bildirdim ki, niyə saxlamırsınız? Onun cavabı isə sənə görə niyə saxlayım oldu".
Məsələ ilə bağlı Faktmedia.az BNA-ya ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, belə halla bağlı "Baku Bus" MMC ilə əlaqə saxlayın.
"Baku Bus" saytında heç bir əlaqə nömrəsi qeyd edilməyib. Heç kəsə də nömrə verilmir, bir sözlə əlaqə üçün yalnız emaillərinə sorğu göndərməlisən. Bunu da etdik. Rəsmi məktub göndərdik. Cavab gəlmədiyi üçün yenidən cəhd etdik. Bildirildi ki, kameraya baxıb cavab verəcəyik. Lakin vaxt keçsə də heç bir cavab verilmədi. Görünən odur ki, gediş haqqının artırılmasında sərnişin daşıma şirkətlərin "qiymət artımı keyfiyyətin artırılması ilə əlaqədardır" demələri elə belə "keyfiyyət" imiş.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub.
Bəsti MƏMMƏD