Bakıda 60 nömrəli marşrut avtobusunun sürücüsü qəza törədib.
Faktmedia.az xəbər verir ki, şahidlərin dediyinə əsasən, sürücü telefonla danışdığı üçün avtobusu qarşıda hərəkət edən “Mercedes-Benz” markalı avtomobilə çırpıb.
Hadisə Əhmədli qəsəbəsi ərazisində qeydə alınıb.
Qəza zamanı sərnişinlərdən xəsarət alanların olduğu deyilir.
<iframe src='https://baku.tv/embed/65841' width='640' height='360' frameborder='0' scrolling='no' allow='autoplay; encrypted-media' allowfullscreen></iframe>