Misirdə paytaxt Qahirənin Fayyum hövzəsi nekropolunda aparılan qazıntılar zamanı 142 itlə birlikdə basdırılmış uşaq məzarı tapılıb.
Faktmedia.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Misirşünaslıq Araşdırmaları Mərkəzinin saytında yer alan məlumata görə, arxeoloqlar 8-9 yaşlı bir oğlan uşağınin cəsədinin başına keçirdilmiş kətan torba ilə birlikdə 142 itin cəsədinin üzərinə yatırılmış meyitinin tapıldığını bildiriblər.
Məzarın eramızdan əvvəl I əsrdə Roma dövrünə aid olduğu bildirilir.
Akademiyanın bəyanatına əsasən, itlərin kütləvi şəkildə basdırılması misirlilərin və Fayyumda yaşayan əcnəbilərin yeni ritual təcrübə tərzlərinə yol açan dini və sehrli baxışlarının sintezindən xəbər verə bilər. Tədqiqatçı zooloq Qalina Belova itlərin eyni vaxtda öldüyünü və üzərlərində heç bir zorakılıq əlamətinin aşkar edilmədiyini bildirilib.