"Tələbələrin çoxu xaricə gedərək, orada təhsillərini davam etdirdikdən sonra Azərbaycana qayıtmaq istəmirlər. Səəbəbləri çoxdur. Dövlət bu şəxsləri maliyyələşdirir, lakin onlar ölkəyə qayıtdıqdan sonra işlə təmin olunmasında problemlər yaşanır".
Bu sözləri Faktmedia.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O qeyd edir ki, bu səbəbdən də gənclər təzədən xaricə üz tuturlar:
"Düşünürəm ki, bu məsələdə ən doğru yol, ölkəmizdəki təhsil sisteminin səviyyəsini daha da yuxarı qaldırmaq və gənclərimizin öz ölkəmizdə təhsilinə daha çox şərait yaratmaqdır. Tələbələrin kütləvi şəkildə təhsil almağa xaricə göndərməsinin tərəfdarı deyiləm, çünki gənclərin çoxu həmin mühiti gördükdən sonra ölkəyə qayıtmaq istəmirlər. Bunun nəticəsi ondan ibarət olur ki, dövlət böyük vəsait ayırır və ondan qazanc götürə bilmir".
Havar Şəfiyeva