"Alternativ mənbələrdən enerji istehsalının texnologiyası yenidir. Alternativ enerjilər ənənəvi enerjilərlə yeni rəqabətə başlayıb. Əvvəllər bizim üçün bir o qədər də maraqlı deyildi, əgər günəş panelləri çox bahadırsa, günəş enerjisini 2 manata, ənənəvi enerjini isə 1 manata alırıqsa və resursumuz da varsa, niyə 2 manata əldə edək?"
Bunu Faktmedia.az-a iqtisadçı Xalid Kərimli deyib. Ekspert əlavə edib:
"Alternativ enerji sahəsində texnologiyalar yenidir və bu prosses, texnoloji yeniliklər, səmərəliliyin artırılması məsələsi davam edir.2020- ci illərdən sonra külək və günəş enerjisi istehsalını təşkil etmək planlaşdırılıb və 2022- ci ildə bu istiqamətdə ciddi işlər görülüb. Səudiyyə Ərəbistanı "ACWA POWER", BƏƏ- nin "MASDAR", və B. Britaniyanın "BP" şirkətləri ilə müqavilələr imzalanıb və müqaviləyə əsasən ümumilikdə 700 MVt həm külək, həm günəş enerjisi istehsalı nəzərdə tutulur. Azərbaycan artıq bu istiqamətdə işlərə başlayıb. Ölkəmiz Gürcüstandan keçərək Qara dəniz vasitəsilə Avropaya - Macarıstan və Rumıniyaya 4 GVT həcmində elektrik enerjisi ixracatını həyata keçirmək üçün də memorondum imzalayıb. Eyni zamanda, istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də digər ərazilərimizdə bu cür stansiyaların sayının artırılması planlaşdırılır. Azərbaycanda hal- hazırda bərpa olunan " yaşıl" mənbələr əsasında elektrik enerjisi ümumi enerji istehsalının 5-6 faizini tutur, 2030- cu ilədək bu rəqəmi 30 faizə qədər qaldırmaq və istehsal edilən enerjinin əhəmiyyətli hissəsini ixrac etmək planlaşdırılır".
Rəna Həsənova