"Bakı şəhəri və ora yaxın ərazilərdə yol infrastrukturunun yenidən baxılmasına ehtiyac var. Daha çox onlar arasında qarşılıqlı təmas yolları, yəni əsas yola çıxmadan məhəllə daxili, kəndlər arası və qəsəbə daxili yollar yenidən qurulmalıdır".
Bunu Faktmedia.az-a açıqlamasında Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib.
Ekspertin sözlərinə görə Bakıdaxili qəsəbələrin bəzi yolları nəzər çarpacaq dərəcədə yaxşıdır, lakin digər prospektlərdə isə istifadəyə yararsız və işıqlandırılmayan yollar hələ də mövcuddur:
"Belə yollardan bir sutka ərzində 200-300 avtomobil keçə bilmir. Küçələr zəbt olunub. Yol infrastrukturunun düzgün qurulmaması təkcə Bakıda deyil, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə də görmək olur. Bu ərazilərdə yeni yolların çəkilməsi, su hövzlərin üzərində müasir körpülərin inşası nəzərdə tutulmalıdır".
A.Əsədov bildirir ki, yollar bir biri ilə düzmütənasiblik kəsb etməlidir:
"Bu, o deməkdir ki, əlimizdə olan resurslardan istifadə edib mövcud küçləri genişləndirməliyik. Bunu etmək əvəzinə isə ölkədə get gedə küçələr, yollar zəbt olunur".
Havar Şəfiyeva