"Bakı şəhərin mərkəzində kütləvi tədbirlər, festivallar keçirilir bu da paytaxtda tıxacların yaranmasına gətirib çıxarır. İlk növbədə Bakıda parklanma yerlərin təşkili ilə bağlı mühüm addımlar atılmalı, ictimai nəqliyyat yaxşı vəziyyətə gətirilməlidir ki, vətəndaşlar ictimai nəqliyyatdan istifadə edə bilsin".
Bu sözləri Faktmedia.az-a müsahibəsində nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
O bildirir ki, belə olduğu halda vətəndaşlar taksiyə və şəxsi avtomobillərə daha az maraq göstərəcəklər:
"İctimai nəqliyyatın bərbad olması, vətəndaşların saatlarla dayanacaqlarda qalması vətəndaşları bankdan 5-10 min manat kredit götürüb köhnə avtomabil almağa məcbur edir. İşə gedib getmək üçün onlar bu addım atırlar".
Havar Şəfiyeva