Böyük Britaniyanın dövlət borcu 2023-cü ilin aprelində 2,54 trilyon funt-sterlinqə çatıb.
Faktmedia.az xəbər verir ki, bu barədə Milli Statistika Bürosunun hesabatında məlumat verilib.
Keçən ay Böyük Britaniya iqtisadiyyatının dövlət sektorunun xalis borclanmasının həcmi 25,6 milyard funt sterlinq təşkil edib ki, bu da bir il əvvəlkindən 11,9 milyard manat çoxdur.
Qeyd edək ki, daha əvvəl Beynəlxalq Valyuta Fondu Böyük Britaniyanı 2023-cü ildə tənəzzüldən qurtulacağını və iqtisadi artımı qoruyacağını bildirmişdi.
Havar Şəfiyeva