Böyük Britaniya Ukraynaya hər ehtiyatdan sponsorluq etmək qərarına gəlib.
Bu barədə Faktmedia.az Britaniya KİV-ə istinadən məlumat verir.
Qəzetin yazdığına görə, hökumət Ukraynaya yardım etdiyi üçün digər dövlətlər tərəfindən təzyiq altındadır. Lakin London Kiyevə kifayət qədər dəstək göstərməyə davam edəcəyini deyib. Mənbələr deyir ki, artıq hakimiyyət bunun üçün ehtiyat vəsaitdən istifadə edir.
Bundan əvvəl məlum olmuşdu ki, Böyük Britaniya Ukraynaya 500 milyon dollarlıq yeni kreditlər verəcək. Bildirilir ki, London ümumilikdə Kiyevi dəstəkləmək üçün 8,1 milyard dollar ayırmağı planlaşdırır.
Havar Şəfiyeva