Kanada Ukraynaya 32 milyon dollarlıq yeni yardım paketi verəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə cümə günü, fevralın 24-də ölkə hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir.
Xarici İşlər Naziri Melanie Joly, bu gün Kanadanın Ukraynanın təhlükəsizliyinin və sabitliyinin daha da gücləndirilməsinə dəstək üçün 32 milyon dollardan çox öhdəliyini açıqlayıb, bəyanatda deyilir.
Yardıma minalardan təmizləmə işləri üçün 7,5 milyon dollar və hesabatlılıq səyləri üçün 13 milyon dollardan çox dollar daxildir. 12 milyon dollardan çox vəsait kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı yönəldiləcək.
Sonda qeyd olunur ki, Kanada hər zaman Ukrayna xalqı ilə həmrəy olacaq və respublikanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək.
Havar Şəfiyeva