ABŞ ordusu Çinə məxsus şarından sensorlar toplayıb.
Faktmedia.az xəbər verir ki, ABŞ ordusu, ABŞ hakimiyyətinin Çinə aid olduğuna inandığı, endirilmiş casus şarından sensorlar toplayıb və bərpa edib.
ABŞ Şimal Komandanlığının bəyanatında deyilir: "Heyətlər qəza yerindən bütün müəyyən edilmiş prioritet sensorlar və elektronika, eləcə də strukturun böyük hissələri daxil olmaqla əhəmiyyətli miqdarda dağıntıları çıxara biliblər".
Fevralın 3-də ABŞ-ın şimal hissəsində Çin kəşfiyyat balonu peyda olub. Ertəsi gün ABŞ hərbçiləri prezident Co Baydenin əmri ilə onu vurdular. Ehtimallara görə, zond Aleut adalarından Kanada ərazisindən keçib, sonra Montana ştatının Billinqs şəhəri üzərində məskunlaşıb.
Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, obyekt "ABŞ-ın kontinental hissəsində yerləşən strateji obyektlərin monitorinqi üçün istifadə olunub". Daha sonra ABŞ-ın yüksək rütbəli hərbi və daxili təhlükəsizlik rəsmiləri casus şarının Çin Silahlı Qüvvələri tərəfindən həyata keçirilən böyük bir kəşfiyyat proqramı ilə əlaqəli olduğunu təsdiqləyiblər.
Havar Şəfiyeva