"Yaddan çıxartmaq olmaz ki, xalqı sevən bütün insanlarda vətənpərlik hissi var və bunu hərəsi bir cür göstərir. Amma bunu hər kəs özünə məxsus bir yerdə və yaxud həyətdə, evində həyata keçirə bilər. Belə patriotluğu gülünc formada tarixi abidələrin üzərində təbliğ etmək ironiyalı görsənir".
Bu sözləri Faktmedia.az-a açıqlamasında Memar -dizayner Aysel Hüseynova deyib.
Onu sözlərinə görə, onlar vətənə olan sevgisini ayrı formada da göstərə bilərdilər:
"Hər kəs şahidi oldu ki, bu, bütün cəmiyyət tərəfindən gülünc obyektinə çevrildi. Ümumiyyətlə tarixi binaların komplekslərin qorunması hər zaman aktualdır. Tarixi abidələr restavrasiya adı ilə məhv etmək olmaz. Belə hallar İçərişəhərin tarixi divarlarına müdaxilə kimi dəyərləndirilməlidir. Mənim kimi digər memarlarda eyni fikirdədirlər. Nə gözəl ki, artıq bu addıma qurumlar da öz münasibətini göstərdi. Cəmiyyətin, insanların, memarların rəyi də bu qeyri ciddi "sənət işinin" ordan götürülməsinə müsbət təsir göstərdi. İçərişəhərdə müzakirələrə səbəb olan “Kiçik Qala” küçəsi 84 ünvanında divara həkk edilmiş “dəmir yumruq” nəhayətində söküldü. Demək burdan belə nəticəyə gəlmək olar ki, hamımız bir olsaq, münasibətimiz eyni olsa tarixi abidlərimizi də qoruya bilərik, Bakının simasını da yenidən bərpa edə bilərik".
Havar Şəfiyeva