Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində yerləşən Alban kilsəsi təmir işlərindən sonra tanınmaz hala gəlib. Bəs, tarixi abidələrin təmiri zamanı onların qədimliyi niyə qorunmur?
Bu barədə Faktmedia.az-a danışan arxeoloq, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə abidələrin qorunması Mədəniyyət Nazirliyinin işidi.
O qeyd edib ki, tarixi abidələri dövlət özü qorumalıdır.
"Bərpa olunanda fikrimizi deyirik. Baxan yoxdur. Bəzən heç fikir də soruşmurlar", - deyə o əlavə edib.
Sevinc Hüseynova