Azərbaycanlı qadınların 1958-ci ildə Basarkeçər rayonunda yaşamaları barədə olan foto sosial şəbəkə istifadəçiləri üçün maraqlı gəlib və onu paylaşırlar.
Faktmedia.az xəbər verir ki, foto Rusiya Etnoqrafiya Muzeyində saxlanılır. Foto ağ-qara olaraq qalır və hələ ki, bərpa olunmayıb.
Bu fotoda diqqətçəkən məqam isə, qadınların geyim tərzi, Azərbaycan adət-ənənəlirinin olması ilə fərqlənir.
Qeyd edək ki, 2013-cü il fevralın 13-də Vardenisdə (Basarkeçər) Ermənistan prezidenti, prezidentliyə namizəd Serj Sarqsyanın tərəfdarları ilə görüş zamanı ahil bir kişi azərbaycanca misal çəkib. Kağız üzərinə yazılanı bir təhər oxuyub, başa çatdırdıqdan sonra deyib: "İndi yazdığımı bir yana qoyub, ürək sözlərimi deyim" və ürək sözlərini azərbaycanca deyib. Prezident Sarqsyan da bunu yumor ilə qarşılayıb: "Deyəsən, müəyyən zamanların həsrətini çəkirsiniz, hə?". Kişi ürək sözlərini ermənicəyə çevirmək istəyəndə Sarqsyan buna ehtiyac olmadığını bildirib: "Lazım deyil, tərcümə etmək lazım deyil. Yəqin unudubsunuz ki, mən də bilirəm".
Havar Şəfiyeva