Xalq artisti İranə Tağızadənin vəfatından 40 gün keçib.
Faktmedia.az Axşam.az-a istinadən xəbər verir ki, sənət dostları, yaxınları aktrisanın məzarını ziyarət edib. Mərhumun həyat yoldaşı, Əməkdar artist Firdovsi Atakişiyev onu tək qoymayanlara təşəkkürünü bildirib:
"Bu gün səhərdən axşama kimi İranənin günüdür. Onunla bağlı sözlərimi məzar daşında yazmışam. Mənə verdiyi sevgiyə görə, təşəkkür edirəm".
Qeyd edək ki, İranə Tağızadə Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru olub. O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.