Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.
APA xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.
Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.
10-00
Bu gün yol qəzasında həlak olan tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.
Faktmedia.az-ın məlumatına görə, mərhumun nəşi Patoloji Anatomiya Birliyindən məscidə aparılıb.
Mərhumun sabah dəfn olunacağı gözlənilir.
Oqtay Əliyevin dəfn yeri və saatı barədə hələlik məlumat verilməyib.