“Qastrit mədənin selikli qişasının iltihabı problemidir. Adətən, qastritdən əziyyət çəkən xəstədə göbəyin yuxarısında ağrı hissi, yeməkdən dərhal sonra narahatlıq, köp və digər buna bənzər mədə problemləri müşahidə edilir. Xəstəlik ağırlaşdıqca ağrı şiddətlənir”.
Bu sözləri Faktmedia.az-a müsahibəsində hepatoloq-qastroenteroloq Ülkər Əliyeva Deyib.
Həkim qeyd edib ki, mədə problemlərinin əsas diaqnostikası endaskopik müayinə ilə aparılır. Bu müayinə proseduru qorxulu deyil. Çox əlverişli və üstünlüyə malik prosedurdur. Müayinə 3-4 dəqiqə aparılır. Mədə və qida borusunda olan problemləri dəqiqliklə aşkarlamaq və diaqnoz qoymaq üçün mühüm müayinə metodudur.
Bəsti MƏMMƏD