“Uşaqların hormonal inkişafında müxtəlif nüanslar rol oynayır. Burada qalxanabənzər vəzin inkişafı, cinsi və adrenal vəzi inkişafına xüsusi diqqət çəkmək lazımdır. Ən çox rast gəlinən vaxtından öncə cinsi inkişaf problemidir. Burada həm qalxanabənzər vəzin, həm də hormonların inkişafı əsas rol oynayır”.
Bunu Faktmedia.az-a müsahibəsində uşaq endokrinoloqu Aygün Musayeva deyib.
Həkim qeyd edib ki, bunun qarşısını almaq üçün yenidoğulmüş körpənin neonatal skrininq testinin həyata keçirilməsi çox vacibdir. Bu testlə qalxanabənzər vəzində baş verə biləcək hər hansı problemi öncədən öyrənmək mümkündür. Bu da vaxtından əvvəl cinsi inkişav və ya ləngimənin, əqli geriliyin yaranmasına təsir edir. Ona görə də vaxtında erkən diaqnozla problemin qarşısına keçmək mümkündür.
Havar Şəfiyeva