"Türkiyədə seçkilərin nəticələri hələ tam elan olunmayıb. Ərdoğanın qalib gəlməsi üçün 0,6-0,7 faiz səs çoxluğu lazımdır. Xaricdən gələn səslər də yekunlaşandan sonra nəticələr bəlli olacaq. Böyük ehtimalla yəqin ki, II tur olacaq".
Bunu Faktmedia.az-a AĞ Partiyanın rəhbəri Tural Abbaslı deyib. Partiya sədri əlavə edib:
"Adətən II turda da I turda qalib gələnlər, yəni öndə olanlar qalib gəlir. Lakin bəzən belə olmaya da bilir. Amma nəzərə alsaq ki, II turda Sinan Oğa olmayacaq. Onun 5,2 faiz səs çoxluğu var. O səslər böyük ehtimalla Ərdoğana veriləcək. Eyni zamanda AK Partinin və Cimhur İttifaqının parlamentdə qalib gəlməsini nəzərə alsaq Türkiyə seçicisinin, Türkiyə vətəndaşının da stabilliyə meyllənərək parlamentdə çoxluq təşkil edən partiyanın rəhbərinə səs verəcəyi gözlənilir. Əgər II tur olarsa, böyük ehtimalla Ərdoğan 53-54 faizlə yenidən qalib gedəcək, Azərbaycana da bu lazımdır. İstənilən halda Türkiyədə seçkilər demokratik keçirilir və əvvəlcədən nəyisə demək tam alınmır. Ümid edirik ki, Ərdoğan qalib gələcək və bütün digər kriteriyalar da bunu deməyə əsas verir".
Rəna Həsənova