Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin birinci turunda qalib gələ bilər.
Faktmedia.az xəbər verir ki, Yaxın Şərq problemləri üzrə ekspert, politoloq Stanislav Tarasov Lenta.ru ilə söhbətində zəlzələdən sonra yenidən prezident seçilmə ehtimalını belə qiymətləndirib.
“Yeni Şafak” qəzeti yazır ki, “Areda Survey” tədqiqat mərkəzinin sorğusu göstərib.Sorğu iştirakçılarının 49,8 faizi Türkiyənin hazırkı prezidentinə səs verəcəklərini cavablandırıb.
“Türkiyə Ərdoğanın şərq istiqamətində səriştəli xarici siyasəti, Rusiya və Çinlə münasibətləri sayəsində mövqelərini möhkəmləndirib. Ölkə prezidenti Qərblə açıq oyun oynayır və bütün bunlar zəlzələdən əvvəl olub”, - deyə Tarasov bildirib.
Havar Şəfiyeva