Sabahdan etibarən 5 günlüş qış tətili bitir. Məktəblilər yenidən dərslərə davam edəcəklər. Lakin ölkədə yeni qrip yayılıb. Məktəblilərin əksəriyyəti bu virusa yoluxub. Qripin ağır keçdiyini nəzərə alsaq, bəzi məktəblilər 3 həftəyə qədər dərsdən qalmış olurlar. Bəs keçirilməyən dərslərin aqibəti necə olacaq?
Buna cavab olaraq Faktmedia.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, hava şəraitinin soyuq keçməsi ilə əlaqədar olaraq virus infeksiyaları sürətlə yayılmağa başlayıb. Xəstəlik səbəbindən məktəblilərin dərsə davamiyyəti zəiflədi, lakin bu onların keçirilən dərs mövzularından geri qalmasına səbəb ola bilməz:
"Cox güman ki, həmin uşaqlara müəllimlər əlavə dərs saatları ayırırlar, yaxud da həmin mövzuları təkrar olaraq yenidən izah edirlər".
Rəna Həsənova