"Azərbaycan sərhədlərini müəyyənləşdirir. Bu beynəlxalq hüquqa da uyğundur və heç kim bizə mane ola bilməz".
Bunu Faktmedia.az-a politoloq Elxan Şahinoğlu deyib. Politoloq əlavə edib:
"Əlbəttə, son bir neçə gündür ABŞ və Fransadakı ermənipərəst dairələr Azərbaycan əleyhinə açıqlamalar verirlər. Bu açıqlamalara diqqət yetirməsək də olar. Dekabrın əvvəlində Şuşa yolunda başladılmış etirazımıza daha sərt açıqlamalar vermişdilər, amma buna sonra alışdılar. Sərhəddimizin qurulmasına, nəzarət- buraxılış məntəqəsinin yaradılmasına da alışacaqlar. Bir müddət sonra Fransa və Amerikadan bu eşitdiyimiz bəyanatların sayı getdikcə azalacaq. Bu bəyanatlar bizi yolumuzdan döndərə bilməyəcək".
Rəna Həsənova