"Laçın-Xankəndi yolunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması çox vacibdir, əhəmiyyətlidir və biz bəlkə də 44 günlük müharibə bitəndən bu günə qədər bu arzu ilə yaşamışıq".
Bunu Faktmedia.az-a millət vəkili Razi Nurullayev deyib. Deputat bildirib ki, bu gün Azərbaycan xalqının bu arzusu həyata keçirilib:
"Bundan sonra heç kim əlini-qolunu uzadıb Xankəndinə gəlib, oradan Azərbaycana barmaq silkələyə bilməyəcək. Artıq Azərbaycan öz ərazisində söz sahibinə çevrilib. Təbii ki, indi beynəlxalq təşkilatlar, müxtəlif ölkələr Azərbaycanın bu addımını Laçın yolunun bağlanması kimi dəyərləndirəcəklər. Bu cür bəyanatlardan, hədə- qorxulardan qorxmaq lazım deyil, çünki bu bizim suveren ərazimizdir. Əlavə olaraq 2020- ci il noyabrın 10 - da olan razılaşmaya əsasən Azərbaycan oradan təhlükəsiz keçidi təmin etmək üçün öhdəlik götürüb və həmin təhlükəsizliyi də təmin edir. Yenə də orada olan dinc erməni sakinləri gəlib oradan keçə bilər, amma Araik Arutunyan, Ruben Vardanyan keçə bilməz. Onlar oradan keçən zaman başlarına yumruq vurulub, maşına otuzdurulub müttəhimlər kürsüsünə gətirilməlidir".
Rəna Həsənova