Müsavat Partiyasının sabiq başqanı, hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri olan İsa Qəmbərin oğlu İlkin Qəmbər tvitter hesabında antimilli şüurda paylaşım edib.
Faktmedia.az xəbər verir ki, İ.Qənbərin bu paylaşımı qınanılıb.
Paylaşımda bildirilir:
“Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın”.
İlkin Qəmbərin 24 aprel tarixində - qondarma “erməni soyqırımı”nın “ildönümündə” paylaşım etməsi onun Ermənistana bağlı əlaqələrinin olmasından xəbər verir.
Qeyd edək ki, sabiq partiya sədrinin oğlu tez-tez erməniyönümlü paylaşımlar edir.
Havar Şəfiyeva