Aldığımız məlumata görə, dünən verilən qərara əsasən, Nur sentyabrda təkrar imtahana buraxılacaq.
2023-04-23 11:19:28
"Biz heç vaxt övladımızın üstünə getməmişik. O, hazırlıqlı şəkildə, hər zaman yüksək nəticələri ilə bizi sevindirib".
Bunu Faktmedia.az-a aktrisa Ellada Sarvan qızının imtahandan xaric edilməsinə münasibət bildirən zaman deyib.
"Jurnalistlər bizi dəfələrlə dəvət edir, DİM-ə səsimizi çatdırmaq istəyirlər. Lakin heç bir nəticə yoxdur. İctimai Tv-yə daha çox ümüdli idim. Sıradan bir xəbər kimi verdilər. Artıq Nur da heç bir yerə müsahibə vermək istəmir, çünki bir nəticə olmadan eyni suallar onu da yorur. Dövlət İmtahan Mərkəzindən verilən cavaba görə, bu qanuna ziddir. Amma övladım qanuna zidd heç nə eləməyib. Yoxlamada onun üzərindən heç nə aşkar olunmayıb, qızım öz dürüstlüyündən yadından çıxıb qalmış telefonu nəzarətçiyə təhvil verib. Hətta imtahana 1 saat qalmış bir müddət ərzində baş verib. Sabah imtahana girən başqa uşaqların da cibində unudub nəsə qalsa onlar bu hadisədən ehtiyatlanıb təhvil verməyəcəklər. Bu bir növ uşaqları yalan danışmağa sövq etmək kimi çıxır. Bu imtahanın uşağımın gələcək təhsilinə heç bir ziyanı olmayacağını deyiblər. Ümüd edirəm belə də olacaq".
Xatırladaq ki, aktrisa Ellada Sarvanın qızı Əhmədova Nur cibində yadından çıxıb qalan telefonu nəzarətçiyə təhvil versə də, imtahandan xaric olunub. DİM-dən narazılıq edən aktrisa qızının yenidən imtahana cəlb olunmasını tələb edib.
Havar Şəfiyeva