"Bir neçə serialda mənfi rolda olsam da, sonradan dəvət olunan verilişlər mənim necə biri olduğunu tamaşaçılara çatdırdı və onların sevgisini qazanmışam".
Bunu Faktmedia.az-a aktrisa Sonaxanım Əliyeva deyib. Aktirisa bildirib ki, bəzilərin xoşuna gəlməsə də, sözümü üzə deyən adamam:
"Elə insanlar var ki, sözü üzə deyənləri çox gözəl şəkildə qəbul edir və daha çox alıqışlayırlar. Bu sənətdə tamaşaçıların sevgini qazana bilmişəmsə nə xoş mənə. Mənim sənətdə olmağım rəhmətlik anamın böyük arzusu idi. Məndə bu potensialı görüb ki, o mənə bunu arzulayıb. Məndə onun arzusunu həyata keçirdim. Hazırda ARB telekanalında yayımlanan "Qaratikan" serialında çəkilirəm. Allah Oktay Əliyevə rəhmət eləsin, hazırda işlədiyim proyekt də Dilarə Əliyevanın proyektidir. Dəvət olunan verlişələrə də sizin vasitənizlə öz təşəkkürümü bildirirəm. Mənə bu sahədə zid gələnlər də var".
"Elə bir sənət adamı yoxdur ki, çıxıb desin ki məni hamı qəbul edir. Çox təssüf ki, bəzən can dediyimiz, doğma bildiyimiz adamlar bizi həzm edə bilmirlər. Onlara sözüm bu olar ki, qoy bizi sevməməyə davam etsinlər, mənim üçün önəmli deyil. Önəmli olan Allahın məni sevməsidir, qalanı isə zaman göstərəcək", - deyə aktrisa əlavə edib.
Sevinc Hüseynova