"Yeni baxış olmalıdı. AYB var, ya yox. Mənim yaradıcıllığıma təsiri yoxdur. Bu da birlikdir. Necə balıqçıların birliyi varsa, ədəbiyyatçıların da birliyi var. Bu da yazıçıların mənafeyini müdafiə edir".
Bunu Faktmedia.az-a yazıçı, dosent Şəmil Sadiq deyib.
O bildirib ki, bizdə AYB-nin tənqid olunan tərəfi filankəsə ev verdilər, mənə vermədilər:
"Ona təqaüd verdilər mənə yox. Hər şey maliyyənin üzərinə qoyulur. Mənim üçün AYB-nin təsiri yoxdur. Qurultayda da iştirak etdim. Şəffaflıq, demokratiya axtarırıqsa, qapalı seçki keçirilməli idi. Hər şey sədrin üzərində formalaşır. Anar müəllim yaxşı yazıçıdı. Dəyişsə nə olar ki, məncə dünya dağılmaz... Bir gün desin ki, postu cavan kadra verirəm.(gülür). Bəlkə yeni gələn kadr nəyisə dəyişəcək. Biz buna acıq. Bəlkə yeni gələn pis işləyəcək. Sadəcə gənclik yeni ümid axtarışındadır".
Qeyd edək ki, bu gün yazıçı Anarın 85 yaşı tamam olur.
Havar Şəfiyeva