"Mən əsərlərimi gecə yazmışam. Saat on birdən sonra. Evim balaca idi. Uşaqlar yatandan sonra yazırdım".
Faktmedia.az xəbər verir ki, bunu tanınmış yazıçı Vidadi Babanlı deyib.
Saytımıza danışan yazıçı bildirib ki, səhhəti imkan verdikcə yenə yazır:
"Mənim romanlarım barmaqla sayılasıdı. Mən say dalıyca qaçan olmamışam. İstəmişəm samballı əsər yazım".
Yazıçı əlavə edib ki, o, Azərbaycan ədəbiyyatından yalnız klassik yazıçılarını oxuyub:
"Elçini, İlyas Əfəndiyevi, İsa Muğannanı, Yusif Səmədoğlunu oxumuşam. Elçini bəyənmirəm, Yusif Səmədoğlunu qələmi yaxşı idi".
Qeyd edək ki, Prezident təqaüdlü, Şərəf ordenli yazıçı Vidadi Babanlı "Vicdan susanda" romanı ilə məşhurlaşıb.
Bəsti MƏMMƏD