Faktmedia.az müğənni Nərmin Kərimbəyova ilə olan müsahibəni təqdim edir:
- Nərmin xanım, elə buradan başlayaq - məşhurluqdan. Sənət adamları üçün ən vacib faktor sayılır. Sizin məşhur olmağınızda əsas rolu nə və ya kim oynayıb?
- Hamı bilir ki, mən səhnəyə müsabiqə vasitəsi ilə gəlmişəm. Yəni burada heç bir müəllimin, tanışın əli olmayıb. Ona görə də ilk növbədə bu günki uğuruma görə özümə təşəkkürümü bildirirəm. Uğurdan söhbət getmir, sadəcə sənətə gəldiyim üçün, musiqi yaratdığım və bu musiqini dinləyicilərə ötürdüyüm üçün özümə minnətdaram. Yaradıcılıq elə bir fəaliyyətdir ki, yaradan insan özü üçün yaratmır. O, bir məktəb yaradır, irs qoyur. Elə bir sənət yaratmalıdır ki, digərləri ondan faydalansın. Bu enerjini bizə Allah verir. Mən uşaqlıqdan həmişə yalnız səhnə arzulamışam. Yanımda olan hamısına təşəkkürümü bildirirəm. İlk növbədə ailəmə minnətdaram, çünki anam, qardaşım, dostlarım, yaxın adamlarım da mənə çox dəstək olublar. Onlar mənə inanıblar və o sevgi, dəstək olmasaydı daha çətin yollardan keçərdim.
- Bu sahəyə yeni addım atan ifaçılarda çatışmayan nüanslar hansılardır?
- Ümumiyyətlə indiki gənclərin çoxunun böyük problemi hamı bir-birinə oxşamaq istəməsidir. Xanımlardan söhbət gedirsə, eyni əməliyyatlar, eyni saç forması və s. Bəylər isə ümumiyyətlə bir birindən fərqlənmirlər. Tərz, enerji, nə xarakter baxımından hamı öz sözünü deməyə qorxur. Səhnədə də özünü ifadə etməyə qorxur, sanki sıxırmışlar kimi davranırlar. Səhnədən söhbət gedirsə, səhnə açıqlıq, hərəkət açıqlığı, özgüvən və xarizma tələb edir. Onlar olmadığı halda çox adam ifaçıda ola bilər, toyda da pul qazana bilər, lakin heç vaxt ulduz olmayacaq.
- Şou-biznesdə sizi qane etməyən nədir?
- Şou-biznes sahəsi yetərincə çətin bir sahədir, son zamanlar lap çətinləşib çünki şoubiznesə böyük təsirlər olur. 20 -30 ildir bu təsirlər nəticəsində musiqinin keyfiyyəti ölüb. İndi cəhdlər edilir, bəstəkarlar, ifaçılar çalışırlar yenidən səhnəyə şou gətirsinlər.
- Siz fərqlənirsiniz?
- Görürəm ki, mənim də rəqslərim çoxlarına təsir eləyir və bu mənə çox xoş təsir bəxş edir. Kimsə bunu məndən götürsün və daha da mükəmməl həyata keçirsin. Bir ideya kimi məndən bəhrələnsin. Onsuzda istər istəməz hardasa bir birlərinə baxıb nəyisə oxşadırlar. Və heç də pis deyil ki, indiki tendensiyalar daha aktiv, dinamik, parlaq səhnə performanslarında olsun. Bunlar mənim çox xoşuma gəlir. Ümumiyyətlə Azərbaycanda şoubiznesə hörmətlə yanaşıb, yaradıcılıqla məşğul olmaq yetərincə çətin bir yoldur. Çünki, insanların tənqidi həddindən artıq çox olur. Camaatda komplekslər çoxdur və öz komplekslərini ulduzlara ötürürlər.
- Sosial şəbəkələrdə səsinizə və özünüzə heyran olan yüzlərlə fanatınız var. İndiyədək izləyicilərinizdən aldığınız ən maraqlı təkliflər hansılar olub?
- Bəli, fanat ordum yetərincə böyükdür və artmaqdadır. Amma fanatlarla yanaşı heyət də artır, yəni insanı qəbul etmirlər. Nə qədər çox populyar olursan, bir o qədər də sənə qarşı tənqid və təhqirlər olur. Çox təəssüf ki, bizim cəmiyyətdə ulduz ən parıldığı müddətdə bu prosesdən keçməlidir, hazırda mənə qarşı da olan budur. Hazırda ən pik tanıtım nöqtəsindəyəm, mənə qarşı olan maraq və eyni anda dəhşət çox heyət var. Amma mən bunu tam normal qəbul edirəm və psixoloji olaraq hazır olmuşam. O ki qaldı insanların sevgisindən, izləyici kütləmdən çox gözəl təkliflər gəlir və inanıram ki bu davamll olacaq. Xaricə getmək, ölkəmizi təmsil etmək, böyük tədbirlərdə iştirak etmək mənə zövq verir. Mənə səhnə təklif edən insanlar mənim də sevdiyim insankardı. Ona görə mənə də yalnız belə təkliflər maraqlıdır.
- Sonda bizə və fanatlarınıza sözünüz?
- Sizə, Faktmedia.az olaraq böyük uğurlar diləyirəm, İnşaAllah işləriniz avand olsun, maraqlı insanlar haqda yazasınız, maraqlı suallarla irəli sürəsiniz. Müsahibələriniz həmişə oxunsun və sevilsin. Həm izləyicilərimə, həm sizə həyatda və işinizdə uğurlar diləyirəm.
Sevinc Hüseynova