Bu gün küçədə, şəhərin müxtəlif yerlərində, reklam banerlərində, hətta, yol nişanlarında belə sözlərin səhv yazıldığını, Azərbaycan dilinin qaydalarının pozulduğunun şahidi oluruq. Təəssüf ki, dilimizin yazı qaydalarının pozulması pis effekt verir və insanlar o yazılış qaydasını da yadlarında saxlayırlar. Bəzən isə vulqar ifadələr də yer alır.
Faktmedia.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan reklamlardan birindəki mətn müzakirə yaradıb.
Belə ki, reklam mətnində yazılır ki, "Ananızı ağladacaq kampaniya". Təbii ki, bu hər bir mənada vulqardır və xoş ifadə tərzi deyil.
Qeyd edək ki, həmin reklam "Zara mobilya"ya aiddir.
Həmin fotonu təqdim edirik:
Sevinc Hüseynova