"Fəxri adların ləğv olunub-olunmaması ilə bağlı heç nə deyə bilmərəm. Ömrünü sənətə həsr edən insanlar var. Axı camaat əziyyət çəkib"
Bu fikirləri faktmedia.az-a tanınmış yazıçı Seyran Səxavət fəxri adların verilməsin məsələsindən danışan zaman deyib.
Yazıçı bildirib ki, desəm ləğv olunmalıdır onlar inciyəcək:
"Bu nə prinsipiallıq məsələdir? Aşığın sözü qurtaranda dalay-dalay deyər. Ölkədə əslində bundan daha vacib problemlər var. Mənbuat o problemlərdən yazsa daha yaxşı olar. Bir el misalı var:"Hər yarağımız düzəlib, qalıb saqqal darağımız". Bəzən elə suallara görə zəng edirlər ki, məsələn "qonşun bərk danışanda xoşun gəlir? Bir də dünyaya gəlsəydiniz yazıçı olardınız?. Belə sual olar? Azərbaycan jurnalistikası bataqlıq içindədir. Kitab oxumaq lazımdır. Sizin dediyiniz məsələ isə son illər müzakirə olunur. Fəxri adlar məsələsi cəmiyyət tərəfindən də xoş qarşılanmır"
//Rəna Həsənova