"Sağlığında ölümündən sonra donor orqanlarını transplantasiya məqsədilə istifadəsinə razılıq vermək istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək, orqan donorluğu üçün mövcud formanı doldura bilərlər".
Bu fikirləri Faktmedia.az-a Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Hal-hazırda vahid informasiya bazasının yaradılması istiqamətində işlər gedir. Bu proses yekunlaşdıqdan sonra daha çox orqan bağışlayan şəxslərin müraciət edəcəyi güman olunur. Hal-hazırda da müraciətlər var ancaq orqan nəqlinə ehtiyacı olan xəstələrin sayından qat-qat azdır. İstər canlı donorluq, istərsə də sağlığında ölümdən sonra donor orqanlarını götürülməsinə razılıq vermiş şəxslər bu işi könüllülük, humanizm, şəfqət, təmənnasızlıq, qanunçuluq və həmrəylik prinsiplərinə əsaslanaraq həyata keçirməlidirlər. Əks halda qanunsuz fəaliyyətə cəhd edən və vətəndaşları bu işlərə təhrik edən şəxslər, cinayət məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar".
Havar Şəfiyeva