"Hal-hazırda investorlar üçün ən böyük güzəştlər işğaldan azad edilmiş ərazilərdə investisiya qoymaq istəyən sahibkarlaq üçün nəzərdə tutulub. Belə ki, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar".
Bunu Faktmedia.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdirinin müavini Günay Quliyeva deyib.
O bildirib ki, əlavə olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azad edilir:
"İnvestorlarla bağlı güzəştlərdən biri də yaraılmış sənye parklarının rezidentlərini əhatə edir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur. Ötən illərin təcrübəsi göstərir ki, sürətli inkişafın əsas drayverlərindən biri olan birbaşa xarici investisiyalar ölkədə dayanıqlı yeni iş yerləri və əlavə dəyər yaratmaqla yanaşı, yüksəkkeyfiyyətli insan kapitalı formalaşdıra bilər və ən son texnologiyaları da ölkəyə gətirə bilər".
Havar Şəfiyeva