"Son zamanlar 14-15 yaşlı qızlar həmin yaşda oğlanlara qoşulub qaçırlar".
Bu sözləri Faktmedia.az-a Teleaparıcı Amil Xəlil deyib.
“Bu halların hamısı erkən ayılmanın nəticəsidir. Sosial media da buna təkandır, amma burada televiziya daha çox rol oynayır. Çünki televiziyadakı qonaqlar gözlənilməz olur. İstər türk, istərdə rus kanallarda gedən bir çox seriallar var ki, onlar uşaqların o yaş dönəmləri üçün uyğun deyildir”.
Amil Xəlil evində qız uşağı böyüdən analara, atalara xarici kanalları izləməyə son qoymanı təklif edir. Bunu etsək, milli dəyərlər baxımından çox dəyişiləcək. Bizim seriallarda adi bir yanaqdan öpüşmə səhnəsi olsa, həmin dəqiqə bütün media evdə ağsaqqalımız, ağbirçəkimiz var deyə yazıb dolduracaqlar. Amma ailə rahatlıqla oturub türk, rus kanallarda gedən 18+ seriallarına baxırlar. 18+ da başdan ayağa ehtiras dolu seriallardır”.
Teleaparıcı bu halın dövlət səviyyəsində həll olunmasının tərəfdarı olduğunu bildirib".
Zeynəb Müzəffərli