"Uşaq evlərinə qidaların qəbulu sağlam şəkildə olmalıdır. Onların təzəliyi yoxlamadan keçrilməli və sonra qəbul edilməlidir. Qəbul etdikdən sonra məhsullar növlərinə uyğun yerləşdirilməlidir. Əks təqdirdə çarpaz çirklənmə baş verəcəkdir".
Bunu Faktmedia.az-a qida eksperti Ağa Salamov deyib. O bildirib ki, quru məhsulların politelin kiloklarda saxlamaq düzgün deyil:
"Eyni zamanda kartof kimi məhsulu bağlı paketdə saxlamaq yol verilməzdir. Belə olduğu təqdirdə o cücərir və yaşıllaşır, bu da tərkibində bakteriyaların çoxalmasına gətirib çıxarır. Uşaq evi ilə bağlı həmin videonu izlədim və belə nəticəyə gəldim ki, orada mütləq yoxlamalar aparılmalıdır. Uşağın dediklərinə gəlincə, bir el sözü var ki, doğrunu bilmək istəyirsənsə uşaqdan soruş. Uşağın dediyinə görə orada ət məhsulları verilmir. Mövsüm dəyişəndə immun sisteminin güclü olması vacibdir. Əgər onlara dövlət tərəfindən verilən ət mənimsənilirsə bu düzgün deyil. Çünki dövlət özü onların qida rasionunu tənzimləyir və onlara yemək göndərir. Həmin qidaları uşaqlara verməyəndə immun sisteminin zəifləməsinə və bir çox xəstəliklərin baş qaldrllmasına gətirib çıxardır".
Havar Şəfiyeva