"Təhsil sistemində ən əsas amil məktəblərdə dərs keçən müəllimə yaradılan imkan ona yaradılan şəraitdir. Əgər müəllimin şəraiti yaxşıdırsa, həmin tədris müəssisəsində maddi, texniki baza müsbətdirsə və müəllimə də hər hansı təsirlər yoxdursa, orda tədris yaxşı olacaq".
Bunu Faktmedia.az-a təhsil eksperti Adil Vəliyev deyib.
"Məsələn, bizdə müəllimin qarşısına hansısa dərs planı qoyulur ki, bunu bu vaxta kimi bitirməlisən. Hər hansı bir dərslik keçəndə ola bilər ki, uşaq başa düşməsin, müəllim isə həmin mövzunu rəhbərlik tərəfindən verilən vaxta kimi çatdıra bilmir. Biz hələ də bu kimi problemlər yaşayırıq. İnkişaf etmiş ölkələrə baxanda görürük ki, onlard fərqli üsulda tədris keçrilir. Məsələn məktəbdə şərait yaradılır ki, istirahət vaxtında müəllim gedib dərs fasilə üçün ayrılmış yerdə çay içsin və ya istirahətini etsin. Amma bizdə saat 9-dan 5-ə kimi dərsdə olmaq məcburiyyətdə olurlar".
Havar Şəfiyeva