"Dərviş" band qrupu son günlərdə gündəmdə olan "Dünya sənin, dünya mənim" mahnısı ilə bağlı sürprizi açıqlayıb.
Faktmedia.az xəbər verir ki, onlar bu barədə "Instagram"da açıqlama veriblər.
"Dünya sənin, dünya mənim" mahnısını Xalq artisti Niyaməddin Musayev ilə birlikdə oxuyacağıq" - deyə qrup bildirib.
Qeyd edək ki, dinləyicilərin çox saylı istəklərini nəzərə alaraq aprel ayının 7-də onlayn platformalarda təqdim edəcəyi mahnı həmin tarixdə yox, məhz sabah-29 mart tarixində yayımlanacaq.
Havar Şəfiyeva