"Bakı Global Forumu dünyada Münhen Təhlükəsizlik konfransı, Antaliya və digər forumlar kimi nüfuza malikdir. Burada həm keçmiş dövlət rəhbərləri, həm də bu günki rəhbərlər ilə qarşılıqlı fikir mübadiləsi yürüdülür. Bakı Qlobal Forumun əhəmiyyəti çox böyükdür".
Bunu Faktmedia.az-a Real Təhlil İnformasiya Mərkəzinin üzvü Kamran Qasımov deyib.
O bildirib ki, bu forumda faktiki olaraq dünyanı narahat edən məsələlər müzakirə olunur:
"Xüsusilə qeyd etmək istəyirik ki, burada dünyada sülhün qorunması, qida təhlükəsizliyi, qida çatışmazlığı, mühitin dəyişikliyi, konfliktlər, müharibələr və s mövzulara əsaslanaraq fokuslanıb. Bir neçə il öncə təsəvvür edə bilməzdik ki, nə vaxtsa dünyanın aparıcı dövlətləri gəlib Bakıda hansısa müzakirələri apara bilərlər. Artıq bu ənənə halını alıb və hər il iştirakçıların sayı get gedə artmaqdadır. Məsələn keçən il 300 dən artıq qonaq var idisə, bu il 400 dən artıq qonağı müşahidə etdik. Eyni zamanda forumda 60 dan çox artıq dövlət iştirak edirdi. Hətta Forumun reklam slaydlarında da ilbəil artımı açıq aydın müşahidə olunurdu".
Havar Şəfiyeva