"Gürcüstanda qanun layihəsinin qəbul olunandan sonra xalqın ciddi etirazlarına səbəb oldu. Hesab edirəm ki, bu hadisə bardağı daşırdan son damla oldu".
Bunu politoloq Züriyyə Qarayeva Faktmedia.az-a açıqlama verərkən deyib.
Politoloq bildirib ki, o vaxta qədər də xalqın etirazları var idi:
"Əsasən insanları etiraza vadar edən səbəb 2012-ci ildən bəri hakimiyyətdə olan Gürcüstan partiyasının Rusiya yönümlü siyasətin aparılması ilə bağlı idi. Əslində hakim partiya bunu icra hakimiyyəti gəldiyi vaxt da gizlətməyib. 2012-ci ildə hakim partiya açıq elan etdi ki, Gürcüstanın yaşadığı hadisələr özündən öncə hakimiyyətdə olan Milli Hərəkat Partiyanın sədri Sarkaşvilinin qeyri düzgün siyasətin nəticəsində yaranan ritorika iki ölkə arasında gərginliklərin yaranmasına gətirib çıxarıb. Ona görə də Rusiyaya qarşı siyasi prosesləri yumşaltmaq tendensiyasını həyata keçirəcəyik və bununla da gərginlikləri aradan qaldırılmış olacayıq deyə elan edilmişdi. Amma 10 ildir ki, artıq bu partiya hakimyyətdədir. Nəticələrdən belə anlaşılır ki, əslində dəyişdirilmiş bu siyasi ritorika heç də nəticə vermədi".
Havar Şəfiyeva