Bakı Sağlamlıq Mərkəzində doğulan uşaqlara özəl şirkətlərin hədiyyə etdiyi uşaq bezləri oğurlanır.
Faktmedia.az-a həmin klinikada yaxın vaxtlarda doğum etmiş şəxs bildirib.
Şikayətçi belə qeyd edir: "Mərkəzdən narahatam. İlk növbədə 3 gün qalmağın pulu ödənilib, lakin müəyyən səbəbərə görə, 1 gecə qalıb çıxmışam. Heç bir ödəniş geri qaytarılmayıb, bildiyim qədəriylə qaytarmalıdırlar. Bir gecə yemək verilib, sabah çıxanda verilmir ki, çıxırsınız. Bu da azmış kimi, bunlarla əməkdaşlıq edən şirkətlərin uşaqlara hədiyyə etdiyi bezlər verillmir. Məsələn, mənə şirkətdən yazıb soruşurlar ki, hədiyyənizi götürmüsnüz, bildirdim ki, xeyr, verilməyib".
Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxladıq. Araşdırıb cavab veriləcəyi deyilsə də, heç bir reaksiya verilmədi.
Rəna Həsənova