Regionlarda işsizliyi aradan qaldırmaq üçün sahibkarlara sərbəst işləmək imkanları yaradılmalıdır. Xüsusilə rayon yerlərdə sahibkarların fəaliyyətinə icra nümayəndələri, bəzi dövlət qurumları müxtəlif yollarla müdaxilələr edirlər".
Bunu Faktmedia.az-a İqtisadi Resurslar üzrə Mərkəzin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib.
İqtisadçı bildirib ki, sahibkarlıq subyeltin problemlərini bu yöndən ciddi şəkildə həll olunmalıdır:
"Elə yerlər var ki, orda sahibkar iş qursa belə bəzən qaz, işıq, su problemlərini yaşayır. Bunların sayəsində onların işlərində gecikmələr, çatışmazlıqlar yaşanır. Region yerlərində eyni zamanda bank xidmətləri yüksək səviyyədə olmalıdır. Paytaxta nisbəsətən rayon yerlərində bir çox xidmətlərin səviyyəsi aşağı səviyyədə olur, bunun səbəblərini araşdırıb köklü şəkildə həll olunmalıdır. Belə xırda problemlər olanda sahibkarlar bölgələrdə iş qurmağa maraqlı olmurlar. Nəticədə bölgələrdə işsizlik artır, insanlar iş dalınca sürətli şəkildə şəhərlərə axın edirlər. Bununla da xüsusilə paytaxt ərazisində uzun müddətli tıxaclar, sıxlıq yaranır ki bu da insanların narazılıqlarına gətirib çıxarır. Azərbaycan vətəndaşı vəsiqəsini daşıyan heç kəsə deyə bilmərik ki, sən burda yox, fılan yerdə yaşa. İnkişaf etmiş ölkələrdən təcrübə götürərək, iş qurmaq imkanlarını genişləndirmək lazımdır".
Havar Şəfiyeva