Azərbaycan teleməkanında reytinqə köklənən aparıcılar bütövlükdə televiziyanın,, yəni o kanalın keyfiyyətini aşağı salıb. Demək olar ki, hər kanalda bir və ya iki verilişə baxılır. Bu da aparıcı verilişin formatı ilə bağlıdır. Televiziyalara isə müraciət etdikdə bildirirlər ki, reklam bazarı yoxdur. Yalnız bu halda reklam gəlirləri əldə etmək mümkün olur. Əks halda televiziyanı ayaqda saxlamaq olmur. Xatırladaq ki, ölkədə bir neçə kanal dövlət hesabına maliyələşir. Bəs Azərbaycan Respublikası Audiovizual Şurası teleməkanlara nəzarət həyata keçirirmi?
Bununla bağlı Audiovizual Şuraya sorğu göndərdik. Faktmedia.az-a qurumdan bildirilib ki, televiziyaların hüququ var ki, istənilən reytinq verə biləcək verlişlər yayımlasınlar.
"Televiziyalar müstəqildir, Audiovizual Şura televiziyalarda veriliş formatın müəyyən etmir. Onlar bu barədə azaddırlar. Əxlaq və digər etik qaydalar gözlənilməklə yayım həyata keçirə bilərlər. O halda isə reklam verən şirkətlərlə də işləyə bilərlər. Reklam xətrinə edilən reytinqlər də normaldır".
Havar Şəfiyeva