"Qanunvericiliyə uyğun olaraq belə təşkilatlar fəaliyyət göstərə bilər. Bu yəqin ki, bank olmayan kredit təşkilatıdır".
Bunu Faktmedia.az-a tanınmış iqtisadçı Eyyub Kərimli deyib.
Ekspert bildirib ki, onların da gecikmə ilə bağlı tələb etmək hüquqları var:
"Vəsait alınıbsa, faiz ilə və ya digər formada ödənilməlidir. Zaminsiz verildiyinə görə, qohumlara müraciət olunur. Məhkəməyə müraciət olunması da qanunvericiliyin tələbidir. Həmin təşkilatın qanuni yaxud qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı müvafiq dövlət orqanlarından (Vergilər Nazirliyi) məlumat almaq olar. Faktiki göstərdiyi əməldə qanunsuzluq görmürəm. Vəsait ödənilir, gecikmə olduğu halda geri tələb olunması üçün müvafiq tədbirlərin görülməsi qanuna uyğundur. Burada sual doğuran məsələ vəsaiti götürən şəxsin özünün təqdim etmədiyi halda digər şəxslərə, qohumlara zəng etmək üçün nömrələrin necə əldə olunmasıdır. Həm də şəxsin özünün təqdim etmədiyi halda digər şəxslərə zəng vurmaq, hədə-qorxu gəlmək qanunsuzdur. Bu halda həmin təşkilat məsuliyyət daşıyır".
Qeyd edək ki, Azərbaycanda onlayn kreditlərin verilməsi populyarlaşıb. İnternet üzərindən müqavilə bağlamaqla kredit əldə etmək mümkünləşib. Amma bunun pis tərəfi isə yüksək faizlərin olması və müqavilədən kənar hiylələrin edilməsidir. Belə kredit verən təşkilatlardan biri də "Azpulmat"dır. Müqavilədə göstərilən tarixdən keçməməsinə baxmyaraq əlavə faiz də hesablanır.
Rəna Həsənova