"Böyrək məsələsini ironiya olaraq qeyd eləmişəm. Kimə lazımdır mənim işlənmiş böyrəyim. Bu ölkədə sənətə, sənətkara hörmət yox, kanalların rejissorlardan keyfiyyətli serial istəməyə haqqı yoxdur. 2000 manat pul verib serial çək deyirlər. Biz sehribaz deyilik, biz sənətkarıq".
Bu sözləri Faktmedia.az-a açıqlamasında rejissor, aktyor Kənan MM deyib.
O, Qarabağ müharibəsi bitməsinə baxmayaraq qazilər, şəhidlər haqqında heç bir filmin çəkilmədiyini qeyd edib:
"Bu da bir sənətkar olaraq mənim arıma gedir. Mədəniyyət Nazirini yox, nazirliyi dəyişdirmək lazımdır.
Nə qədər gec deyil, sənətçilər qaçıb canlarını qurtarsınlar, məsələn tiktoka girsinlər.
"Savaşçı"dan gəldiyimə görə çox peşmanam. Orada daha çox dəstək və dəyər görürdüm. Əgər bir insan istedadlıdırsa o, hər yerdə istedadlıdır. Orda mənim qara qaşına gözümə yox istedadıma dəyər verirdilər".
Qeyd edək ki, Kənan MM bundan əvvəl "Facebook"da Mədəniyyət Nazirliyinə müraciət edərək, film çəkmək üçün böyrəyini satacağını bildirmişdi.
Havar Şəfiyeva