"Evdəkilər uşaqlıqdan həkim olmağımı istəyirdilər. Amma sonralar universtitet illərində artıq ŞHK oyunlarında oynamağa başladım. Azərbaycan çempionatında bir neçə dəfə çempion oldum. "Parni iz Bakunun" təşkilatçılığı ilə olam çempionatda senarist, aktyor kimi fəaliyyət göstərdim və bu məni televizyaya yönəltdi. Onu da deyim ki, heç də asan yol olmadı".
Bunu Faktmedia.az-a aktyor Kənan Yusifov deyib.
Gənc aktyor bildirib ki, hazırda tək aktyor kimi yox, senarist, prodüser kimi fəaliyyət göstərirəm:
"Yaxın zamanda TV və sosial mediada yeni layihələrə imza atacayıq. Ən sevdiyim aktyorluq fəaliyyətimin başlanğıcı "Xəzər" TV-də yayımlanan “Qaynana” serialı olub. Çox güclü sənətkar tərəf müqabilim olub. O serial həm də mənin üçün böyük məktəb oldu. Üstündən 10 ildən çox keçməsinə baxmayaraq hələ də o obrazdan tanıyan adamlar var. Hətta o vaxt uşaq olub, indi gənc olaraq serialı izləyən tamaşaçılar var. Nəinki oynamaq hətta söhbət belə eləməyə arzuladığım sevdiyim aktyorlar var. Oyununu və üslübunu sevdiyim aktyorlarımızdan Həsən Məmmədov və Yusif Vəliyevin adlarını çəkərdim".
Havar Şəfiyeva