"Elxan Qasımovu bəxti gətirən aktyor saymaq olar, çünki lap gənclik illərindən, tələbə ikən, onların qrup rəhbəri SSR-i Xalq artisti Adil İskəndərov "Əhməd hardadır" filmi çəkdi. Elxan Qasımov həmin filmdə gənc yaşlarda papulyarlıq qazandı. Sonrakı illərdə o artıq ikinci rejissor kimi fəaliyyət göstərirdi".
Bu fikirləri Faktmedia.az-a açıqlamasında aktyor Ədalət Əbdülsəmədov deyib.
Ə. Əbdülsəmədov qeyd edir ki, o, aktyor kimi cəmi bir-iki filmdə ekzotik rolda oynayıb:
"Məsələn "Təhminə və Zaur" filmində qısa rolda oynadı. Elxan Qasımov xalq tərəfindən sevilən mədəni və nəzakətli adam idi".
Aktyorun sözlərinə görə o, sonrakı fəaliyyətini davam etdirmək üçün Moskvada ali rejissorluq kurslarını oxuyur: "E.Qasımoun əsas fəaliyyəti ikinci rejissorluq idi. Eyni zamanda Azərbaycan Filmkinostuduyasının Həmkarlar İttifaqı Komitəsinin sədri idi. Onun oğlu da çox gənc yaşında vəfat eləyib".
Havar Şəfiyeva