Covid-19 pandemiyası iş dünyasında da köklü dəyişikliklərə səbəb olub. Artıq bütün dünyada evdən işləmək gündəlik həyatın bir hissəsinə çevrilib.
Faktmedia.az xəbər verir ki, Xorvatiyadan İspaniyaya qədər Avropanın bir çox ölkəsi xarici vətəndaşların müvəqqəti yaşama icazəsi alması prosedurunu asanlaşdırıb.
İqdisadiyyatının əsas gəliri turizmdən olan ölkələr Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarına uzaqdan işləmək üçün rəqəmsal vizalar təklif edirlər. Bu vizalar ölkələrdən beyin axınının və əhalinin qocalma nisbətini aşağı salır. Belə ki, sözügedən viza ilə işləmək imkanı olan şəxslər ölkələrini tərk etmədən evdən xarici ölkədə iş fəaliyyətinə başlaya bilirlər.
Mütəxəssislərin fikrincə, bu daha əlverişli metoddur. İş axtaran şəxslər səyahət xərcləri, yerləşmə ilə bağlı problemlərlə qarşılaşmadan fəaliyyətə başlayır və beləcə, daha az enerji sərf edirlər.
Sevinc Hüseynova