"Ermənistan sülh istəmir, əgər sülh istəsəydi sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə əngəl törətməz, sülh sazişini imzalayardı. Ermənistan sərhəddə bu təxribatları törətməklə delimitasiya, demarkasiya və sülh sazişi məsələlərini uzadır".
Bu fikirləri Faktmedia.az-a professor, millət vəkili Musa Qasımlı bildirib.
Deputat qeyd edib ki, Ermənistanın "humanitar yardım" teatrının arxasında da ictimai rəyi guya aclıq çəkən insanların halına acımaq istiqamətinə yönəltmək, sonra beynəlxalq təşkilatların gündəliyinə gətirmək və beləliklə sülhə gedən yolda əngəllər törətmək idi. Ermənistan sülhdən çox uzaqdır və son hərəkətləri, xüsusən digər ölkələrdən silah gətirilməsi, sərhəddə yolların çəkilməsi, Qafanda hava limanının açılması Ermənistanın imkan olacağı təqdirdə ərazimizə təcavüz etmək niyyətlərindən xəbər verir. Əgər Ermənistan sülh istəsəydi ərazimizdəki terrorçu qruplaşmalarını çəkib aparardı, ərazimizdə yaşayan erməniləri özünün girovuna çevirməzdi. Hesab edirəm ki, Ermənistanın niyyətləri puça çıxacaq, çünki Azərbaycan müharibə dövründəkindən də qat-qat güclüdür".
Xatırladaq ki, bu gün Ermənistan separatçı qüvvələri sərhəddə fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər. Bundan əlavə Avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı birləşmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələrinin Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri yaxınlığında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Rəna Həsənova