"Cənab Prezidentimizin Şuşa səfəri bir neçə bucaq baxışından maraqlıdır. Ölkə başçımız Şuşada gedən bərpa-quruculuq işləri ilə tanış oldu və biz də şahid olduq ki, qısa zamanda Şuşa sakinləri geri qayıdacaq, mənzillə, işlə təminolunacaq, uşaqlar müasir məktəbdə təhsil alacaq, sağlamlıqlarını qoruyacaqlar. Eyni zamanda, cənab prezidentin mətbuat günü ərəfəsində mətbuat işçiləri ilə görüşü onun mətbuatın sərbəst şəkildə öz mövqeyini bildirmək hüququnu qoruduğunu, mətbuata olan hörmətini bir daha nümayiş etdirdi".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat əlavə edib:
Səfər çərçivəsində bir çox məsələlər barəsində danışıldı. Heç şübhəsiz ki, Azərbaycan- Ermənistan münasibətləri sülh müqaviləsinin üzərində gedən iş barəsində, eyni zamanda, Ermənistan işğalından sonra böyük bərpa işlərindən danışıldı. Bütün bunlar barəsində Azərbaycan Prezidenti növbəti dəfə öz fikirlərini bildirdi. Bunların bir qismi ilə mətbuat, ictimaiyyət tanışdır, ancaq bununla belə prezident bir daha Azərbaycanın öz milli və suveren hüquqlarını qorumaq üçün apardığı böyük əzmdən danışdı, prinsipial mövqeyindən çəkinməyəcəyini nümayiş etdirdi. Ermənistanla beynəlxalq hüquq normaları əsasında normal qonşuluq münasibətlər əurmaq istədiyini nümayiş etdirdi. Bununla yanaşı, eyni münasibət Ermənistandan da gözlənildi və bildirildi ki, Ermənistan bu günkü reallığı nəzərə almalı və Azərbaycanla münasibətləri ancaq ərazi bügövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində edə bilər. Azərbaycan prezidentinin müsahibəsi yerli və xarici jurnalistlərdə böyük maraq doğurdu və heç də təsadüfi deyil ki, bu günə qədər onun müsahibəsi, bildirdiyi fikirlər ciddi müzakirə mövzularından biridir".
Rəna Həsənova