"Uzun illərdir Ermənistan və Azərbaycan arasında gedən soyuq müharibə öz həllini tapa bilmirdi. Nəhayət 30 ildən sonra Azərbaycan bütün hərbi və siyasi taktika ilə qarşı tərəfə qalib gələ bildi. Biz bunu xüsusi maraqla izləyirdik".
Bunu Faktmedia.az-a rus politoloq Oleq Kuznetsov deyib.
Politoloq bildirib ki, hazırda Rusiya-Ukrayna arasında da ona oxşar hadisələr zəmnində müharibə gedir:
"Avropa İttifaqı və digər dövlətlər iki dövlət arasında gedən qarşıdurmaya qarışmamalıdır. Bu, həm Azərbaycan-Ermənistan, həm də Rusiya-Ukrayna müharibəsinə aiddir. Digər dövlətlər Rusiyaya arda sanksiyalar tətbiq edir. Amma onlar bizim qarşımızı kəsə bilməyəcəklər. Bir sıra Avropa dövlətlərindən fərqli olaraq Azərbaycan həm iqtisadi, həm siyasi formada Rusiyaya həmişə dəstək olub. Sözsüz ki, bu qarşılıqlı olacaq. Biz mehriban qonşuluq münasibətlərinin davam etdirəcəyik. Lakin digər qərb ölkələri də bilməlidilər ki, biz də əvvə-axır Azərbaycan kimi qalib ölkə olacayıq".
Havar Şəfiyeva